Qafqazda yayım mediası üzrə ixtisaslı kadrlar hazırlayan ilk peşə-ixtisas təhsili müəssisəsinə səfər təşkil olunub

Qafqazda yayım mediası üzrə ixtisaslı kadrlar hazırlayan ilk peşə-ixtisas təhsili müəssisəsinə səfər təşkil olunub
# 24 yanvar 2014 13:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin 5 nömrəli Bakı Peşə Məktəbinə səfəri təşkil olunub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində media nümayəndələri tədris ocağında yaradılmış şəraitlə, emalatxanalar, studiyalar və dərs otaqları ilə yaxından tanış olublar. Təhsil müəssisəsinin təlim-tədris şəraiti, pedaqoji kollektivi və təhsilalanlar haqqında media nümayəndələrinə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 5 nömrəli Bakı Peşə Məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilərək 2012-ci ildə istifadəyə verilib. Qafqazda yayım mediası üzrə ixtisaslı kadrlar hazırlayan yeganə ilk peşə-ixtisas təhsili müəssisəsi olan məktəbdə zəngin maddi-texniki baza yaradılıb. Təhsil müəssisəsinin müəllimləri tanınmış və peşəkar mütəxəssislərdən ibarətdir. 300 şagirdin təhsil aldığı peşə məktəbində müasir tələblərə cavab verən 8 ixtisas üzrə kadr hazırlığı aparılır. İstehsalat dərsləri müasir avadanlıqlarla təchiz olunmuş emalatxana və studiyalarda, həmçinin səsyazma, kino-montajçı, dekorator, qrimçi-pastijor, dərzi otaqlarında keçirilir. Təsadüfi deyil ki, 5 nömrəli Bakı Peşə Məktəbinin yetirmələri televiziya, kino və teatr sahəsində uğurla fəaliyyət göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR