Gəncə şəhər sakini polisə xəsarət yetirib

Gəncə şəhər sakini polisə xəsarət yetirib
# 28 dekabr 2013 10:42 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə sərxoş gənc anasına və polisə bədən xəsarətləri yetirib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, Əntiqə adlı qadın polisə müraciət edərək oğlu Orxan Cəfərovun evdə dava-dalaş salaraq, onu döydüyünü bildirib. Daxil olan məlumata əsasən, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gediblər. Hadisə ilə bağlı araşdırma aparılıb. Sərxoş vəziyyətdə olan Orxan Cəfərov idarəyə gətirilərkən polisin ünvanına nalayiq söyüşlər söyüb, Kəpəz RPİ-nin əməkdaşı, polis serjantı Ceyhun Rəhiminin sifətinə başı ilə zərbə vuraraq xəsarət yetirib.

Faktla bağlı Kəpəz RPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR