“Azərbaycan Prokurorluğu - 95” kitabının təqdimatı keçirilib - FOTO

“Azərbaycan Prokurorluğu - 95” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 14:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş Prokurorluqda “Azərbaycan Prokurorluğu - 95” kitabının təqdimatı keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaranmasının 95 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Baş Prokurorluq tərəfindən təsdiq olunmuş Tədbirlər planına müvafiq olaraq “Azərbaycan Prokurorluğu - 95” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Prezidenti Administrasiyasının, Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Konstitusiya və Ali Məhkəmənin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri və Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak ediblər.

Kitabda Azərbaycanda prokurorluğun yaranması, onun inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti və bütövlükdə respublikamızda hüquqi dövlətin qurulmasında və hüquq sisteminin möhkəmləndirilməsində prokurorluğun artan rolu barədə informasiyalar əks olunub.

Təqdimat mərasimində çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müdrik dövlətçilik siyasəti nəticəsində hüquq mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi, o cümlədən prokurorluq orqanlarının müasirləşərək ən yüksək dünya meyarlarına cavab verən mühüm bir dövlət təsisatına çevrilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək, əsrə yaxın tarixi olan bu mühüm dövlət təsisatının Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində rolunun, ölkənin hüquq sistemində yerinin öyrənilməsi baxımından kitabın xüsusi əhəmiyyətini vurğulayıb.

Mərasimdə iştirak edən qonaqlar və Baş Prokurorluğun məsul vəzifəli şəxsləri “Azərbaycan Prokurorluğu - 95” kitabının işıq üzü görməsini prokurorluğun həyatında əlamətdar hadisə kimi qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR