Azərbaycandan Rusiyaya narkotik vasitənin aparılmasının qarşısı alınıb

Azərbaycandan Rusiyaya narkotik vasitənin aparılmasının qarşısı alınıb
# 23 aprel 2014 08:09 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycandan Rusiyaya narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Narkotik vasitə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşı Füzuli Yusifovun idarə etdiyi “Mersedes Benz 0303” markalı sərnişin avtobusunda aşkarlanıb.

Avtobusa gömrük baxışı zamanı xaşxaş bitkisindən kustar üsulla alınmış və çəkisi 94,632 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR