Azərbaycanda təhsil alan əcnəbi tələblərin sayı açıqlanıb

Azərbaycanda təhsil alan əcnəbi tələblərin sayı açıqlanıb
# 01 noyabr 2013 09:13 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycanın ali məktəblərində 5389 nəfər əcnəbi vətəndaş təhsil alır. Bu tələbələrin böyük qismi texniki və tibb ixtisasları üzrə təhsil almaqdadırlar. Ən çox əcnəbi tələbənin Azərbaycan Tibb Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında təhsil aldığı bildirilir. Azərbaycanda təhsil alan əcnəbi tələbələr, əsasən Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Çin, İraq, Pakistan, Qazaxıstan və Suriya vətəndaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR