Ukraynanın Krasnıy Liman şəhəri separatçılardan təmizlənib, terrorçulara məxsus blokpostlar ləğv olunub

Ukraynanın Krasnıy Liman şəhəri separatçılardan təmizlənib, terrorçulara məxsus blokpostlar ləğv olunub
# 03 iyun 2014 19:40 (UTC +04:00)

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Qvardiyanın qərargahından bildirilir.

“Şəhərin cənub və mərkəzi hissəsi terrorçulardan tam təmizlənib. Separatçılara məxsus bütün blokpostlar dağıdılıb. Şəhərin şimal hissəsində bəzi yerlərdə lokal döyüşlər davam edir.

Hazırda hərbçilər şəhər ərazisində terrorçuların atəş nöqtələrinin olduğu bütün evləri yoxlayır, evlərin zirzəmilərinə və çardağlarına xüsusi diqqət yetirilir, bəzi sakinlərin sənədləri yoxlanılır.

Məlumata görə, şəhərin şimalında terrorçular minaatanlardan zərbələr endirməyə başlayıb. Ölən və yaralananların sayı dəqiqləşdirilir”, deyə mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR