Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların suallarına cavab veriləcək

Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların suallarına cavab veriləcək
# 22 iyul 2013 07:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi nazirliyin Facebook səhifəsinin istifadəçilərinə müraciət edib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 22-25 iyul tarixlərində Təhsil Nazirliyinin Facebook səhifəsində təhsil sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallara cavab veriləcək. İstifadəçilərdən xahiş olunur ki, Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan və təkrarlanan suallarla müraciət etməsinlər. Əks halda, belə suallar səhifədən silinəcəkdir. Suallar qısa müddət ərzində şərhlər vasitəsi ilə cavablandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR