Gəncədə gənc bloqqerlər üçün təlim keçirilib - FOTO

Gəncədə gənc bloqqerlər üçün təlim keçirilib - <span style="color: red;">FOTO
# 11 yanvar 2014 15:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə bu gün Gəncədə “Gənc bloqqer” təlim kursuna start verilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, təlimin açılışında iştirak edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev xatırladıb ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2013-cü il “İKT ili” elan edilib.

Naqif Həmzəyev bu sərəncamı dövlət rəhbəri tərəfindən gənclərə göstərilən daha bir qayğının təzahürü olaraq dəyərləndirib və gənclərə yaradılan imkanlardan səmərəli, fəal istifadə etməyi tövsiyə edib. O qeyd edib ki, ötən ilin ən böyük uğuru “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması olub.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, YAP Gəncə şəhər təşkilatının mətbu orqanı olan “Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva, Kəpəz TV-nin əməkdaşı Tural Azəroğlu çıxış edərək, müasir jurnalistikanın inkişafından, qarşıda duran mühüm vəzifələrindən bəhs ediblər.

İki gün davam edəcək təlimdə Təlimçi, “SKY Technology”nin rəhbəri Tural Sadıqlı iştirak edən gənclərə bloqun məzmun və mahiyyəti, bloqun yaradılmasında başlıca amillər, bloqun üstünlükləri, bloq servisləri barədə məlumat verəcək.

Qeyd edək ki, təlimdən sonrakı 15 gün ərzində bloqlarda baxış sayı daha çox olan gənclər qalib olacaq. İlk üç yeri tutan gənclər təşkilatçılar tərəfindən şəxsi premium saytlar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR