“Neftçi” klubunun almaq istədiyi braziliyalı futbolçu Bakıya gəlib

“Neftçi” klubunun almaq istədiyi braziliyalı futbolçu Bakıya gəlib
# 06 iyun 2014 08:01 (UTC +04:00)

Bakı – APA. “Neftçi” klubunun transfer etmək istədiyi ilk əcnəbi futbolçu Kaue Sesilio da Silva ölkəmizdə gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, artıq Bakıda olan braziliyalı yarımmüdafiəçi tibbi müayinədən keçməyə hazırlaşır.

Xəbəri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov təsdiqləyib: “Bəli, Kaue bu gün səhər saatlarında Azərbaycana gəlib. Hazırda tibbi baxışdan keçir. Əgər baxışdan uğurla keçərsə, onunla 2 illik müqavilə bağlayacağıq”.

Qeyd edək ki, Kaue dayaq yarımmüdafiəçisidir. Braziliya və Portuqaliyada çıxış etmiş 25 yaşlı Kauenin son klubu Rumıniyanın “Vasluy” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR