Padar-Sığırlı mənzilində 10, 5 kilometrlik yol əsaslı təmir olunur

Padar-Sığırlı mənzilində 10, 5 kilometrlik yol əsaslı təmir olunur
# 10 iyun 2014 07:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Büyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Padar-Sığırlı mənzilində 10,5 km yolun əsaslı təmirinə start verilib.

Təmir işləri ayın sonuna kimi davam edəcək. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanıldığını və 500 metr köhnə yol söküldüyünü bildirib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR