Gəncədə küçədə tapılan uşağın valideynləri məlum olub

Gəncədə küçədə tapılan uşağın valideynləri məlum olub
# 07 oktyabr 2013 13:23 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncənin Dədə Qorqud küçəsində polislər tərəfindən tapılan uşağın valideynləri məlum olub. Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin inspektoru Qədimalı Atakişiyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, Gəncədə küçədə tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən 3 yaşlı Əli Həbibovun valideynləri gələrək uşaqlarını aparıblar. İnspektorun bildirdiyinə görə, körpənin valideynləri Gəncə şəhər sakinləri 27 yaşlı Taleh Həbibov və 22 yaşlı Ramilə Bayramovadır. Faktla bağlı araşdırma aparılır. Valideynlərin uşaqlarını hansı səbəbdən küçəyə atdıqları aydınlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR