“Bank of Baku”-nun müştərilərinin sayı 700 minə çatıb

“Bank of Baku”-nun müştərilərinin sayı 700 minə çatıb
# 02 aprel 2014 06:56 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” fəaliyyətinin 20 ili ərzində toplam olaraq 700 min müştəriyə xidmət göstərib. Bu rəqəm Azərbaycan bankları arasında ən yüksək göstəricilərdən biridir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Bank of Baku” tərəfindən rəsmiləşdirilmiş kreditlərin sayı 1,5 mln-u ötüb. İstehlak kreditləri və kredit kartları sahəsində aparıcı mövqelərə sahib olan “Bank of Baku” hal-hazırda Azərbaycanın bankçılıq sektorunda geniş yayılmış bir çox məhsul və xidmətləri ilk dəfə tətbiq edən bir bankdır.

Belə ki, “Bank of Baku”:

  • İstehlak məhsullarını ilk dəfə çevik şərtlərlə və geniş miqyasda kreditləşdirməyə başlayıb;
  • Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan “Bolkart”ı dövriyyəyə buraxıb;
  • Azərbaycan bankçılıq tarixində ilk dəfə daimi müştərilər üçün “Dostlar klubu” adlı imtiyazlar klubu yaradıb;
  • Bank əmanətçiləri üçün güzəştli “Əmanət klubu”nu təsis edib;
  • Kredit ödənişlərini ilk dəfə ödəniş terminalları, telefon və internet vasitəsilə həyata keçirməyə başlayıb;
  • 8145 SMS nömrəsinə iş yerinin adını göndərməklə kredit şərtinə dair müştəriyə ilk mesaj xidməti göstərməyə başlayıb;
  • SMS kredit xidməti sahəsində müştərilər banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan verməyə başlayıb.

“Bank of Baku” yeni məhsul və xidmətlər üzərində işini davam etdirir və yaxın zamanlarda bank müştərilərə növbəti yeniliklərini təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR