Litva Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının inkişafında maraqlıdır

Litva Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının inkişafında maraqlıdır
# 04 fevral 2014 11:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov Bakıda səfərdə olan Litva baş nazirinin müşaviri İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının genişləndirilməsinə böyük önəm verdiyi diqqətə çatdırılıb, Azərbaycanla Litva arasında əlaqələrin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb.

Azərbaycan və Litva arasında qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğu diqqətə çatdırılıb, iki ölkə arasında indiyədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyini qeyd edilib, iş adamları arasında mövcud əlaqələrin genişlənməsinin inkişafına müsbət töhfə verəcəyi bildirilib.

İ.Urbonaviçute ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu qeyd edib. O, Litva iqtisadiyyatı barədə məlumat verib, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Litvalı qonaq iki ölkənin iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulayıb və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR