Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində prezidentliyə namizəd Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı apellyasiya şikayətinə baxılıb.
C. Həsənlinin nümayəndəsi Elman Fəttahın APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, C. Həsənli ödənişli efir vaxtının verilməsi üçün İTV-yə müraciət edib. Lakin İTV buna razılıq verməyib. Həmin qərardan isə MSK-ya şikayət edilib. MSK İTV-nin qərarını düzgün hesab edib. Bundan sonra MSK-nın qərarında apellyasiya şikayəti verilib.