Baş Polis İdarəsi: Bu il Bakıda müxtəlif cinayətlər törətmiş 32 qrup ifşa edilib

Baş Polis İdarəsi: Bu il Bakıda müxtəlif cinayətlər törətmiş 32 qrup ifşa edilib
# 26 iyul 2013 10:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənov 2013-cü ilin birinci yarısına həsr olunmuş əməliyyat müşavirəsində bildirib.

O, qeyd edib ki, hesabat dövründə Bakı şəhərində ümumən 5.053 cinayət hadisəsi qeydə alınıb, onlardan 3.644-nün, (76,2%) açılması təmin olunub, həmin cinayətlərin 82,7 faizi 4.177-si (82,7 %) az ağır və böyük ictimai təhlükə törətməyən, 876-sı (17,3%) isə ağır və xüsusilə ağır növ cinayətlər olub.

Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və aparılması sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə bütövlükdə ümumi cinayətlər 190 fakt (3,6%), o cümlədən şəxsiyyət əleyhinə törədilənlər 664 fakt (42,4%), həmçinin soyğunçuluqlar 25 fakt (22,5%), dövlət və ictimai bələdiyyə əmlakı oğurluğu 41 fakt (2,5 dəfə) azalıb, şəxsiyyət əleyhinə törədilmiş 902 cinayətdən 797-nin (91,7%), o cümlədən qeydə alınan 48 qəsdən adamöldürmə cinayətinin 97,4 faizinin, 8 adamöldürməyə cəhdlərin 93,8 faizinin, 7 zorlama, 3 adam oğurluğu və 7 hədə-qorxu ilə tələb etmə cinayətlərinin isə hamısının açılması təmin olunub.

Bununla yanaşı cari ilin 6 ayı ərzində qeyri-aşkar şəraitdə törədilmiş 2.951 cinayətdən 1.863-nün (63,3%) açılması təmin olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və soyğunçuluq cinayətlərinin açılması sabit qalsa da, quldurluq və dələduzluq cinayətlərinin açılması müvafiq olaraq 2,2 faiz və 1 faiz yaxşılaşıb, bu müddətdə 27 soyğunçuluq və quldurluq cinayəti törətmiş 51 nəfərdən ibarət 20 qrup, eləcə də 26 mənzil oğurluğu cinayəti törətmiş 34 nəfərdən ibarət 12 qrup, həmçinin 20 avtonəqliyyat vasitələrinin qaçırılması cinayəti törətmiş 37 nəfərdən ibarət 16 qrup ifşa edilib, keçmiş illərdən bağlı qalmış 98 cinayətin üstü açılıb.

E. Həsənov həmçinin qeyd edib ki, bu il axtarışda olan təqsirləndirilənlərin axtarılması da fəal surətdə davam etdirilib, 724 təqsirləndirilən şəxslərdən 418-nin, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 303 nəfərdən isə 124-nün tutulması təmin olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə də Baş İdarənin Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən xeyli müsbət işlər görülüb, qanunsuz dövriyyədən 695 fakt üzrə 146 kiloqramdan çox narkotik vasitə çıxarılıb, belə qanunsuz fəaliyyətlə məşğul olan 525 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub, 19 nəfərdən ibarət 9 qrupdan 27 kq-dan çox müxtəlif növ narkotik vasitə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR