ABŞ hərbi gəmiləri Qara dəniz akvatoriyasına daxil olub

ABŞ hərbi gəmiləri Qara dəniz akvatoriyasına daxil olub
# 03 fevral 2014 08:02 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bu barədə “İnterfaks”ın hərbi-diplomatik mənbəyə istinadən yaydığı xəbərdə bildirilir.

Mənbənin bildirdiyinə görə, bu günlərdə sözügedən gəmilər Türkiyə ilə razılaşma əsasında Dardanel və Bosfor boğazından keçib. Göyərtəsində 600 nəfər dəniz piyadasının olduğu gəmilərin Rusiya ərazi sularına daxil olacağı gözlənilmir.

Yanvarın 20-də Pentaqon hərbi gəmiləri Qara dənizə Soçi Olimpiadasının təhlükəzisliyinin təminatı üçün göndərməyə hazır olduğunu bəyan edib. ABŞ hərbçiləri qeyd ediblər ki, yalnız Rusiya hökumətinin xahiş edəcəyi təqdirdə gəmilər sahilə yaxınlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR