Azərbaycanla Yaponiya iş adamları əməkdaşlığın genişləndirilməsini müzakirələr edib

Azərbaycanla Yaponiya iş adamları əməkdaşlığın genişləndirilməsini müzakirələr edib
# 04 iyun 2014 11:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin əlaqələndirilməsini həyata keçirən “Rotobo” Ticarət Assosiasiyasının rəhbəri Takaşi Nişiokanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Yaponiya iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Tədbirdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

T.Nişioka ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Tədbirdə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimat keçirilib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR