Qüdrət Həsənquliyev: “Uorlikin təkliflərində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair müddəa nəzərdə tutulmayıb”

Qüdrət Həsənquliyev: “Uorlikin təkliflərində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair müddəa nəzərdə tutulmayıb”
# 08 may 2014 12:32 (UTC +04:00)

Bakı - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflərinə münasibət bildirib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP sədri bildirib ki, C.Uorlikin Karnegi Fondunda verdiyi təkliflər problemin ədalətli və beynəlxalq hüquqa söykənən həllinə xidmət etmir: “Verilən təkliflərdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair müddəa nəzərdə tutulmayıb. Bu isə ABŞ-ın ermənipərəst və ikili standartlar siyasətindən xəbər verir. ABŞ-dakı erməni diasporunun hay-küyü isə riyakarlıqdan başqa bir şey deyil. Onlar hər zaman daha maksimalist mövqe sərgiləyir və bu yolla vasitəçilərə təzyiq edir, dolayısı ilə bizi sakitləşdirmək istəyirlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR