Hadı Rəcəbli MM-in Sosial qanunvericilik şöbəsinin fəaliyyətini tənqid edib

Hadı Rəcəbli MM-in Sosial qanunvericilik şöbəsinin fəaliyyətini tənqid edib
# 20 dekabr 2013 11:04 (UTC +04:00)

APA-nın məlumatına görə, payız sessiyasının yekunları ilə bağlı keçirilən iclasda komitə sədri Hadı Rəcəbli parlamentin Sosial qanunvericilik şöbəsindən narazılığını bildirib.

Rəhbərlik etdiyi komitənin əsas işi bu şöbə ilə gördüyünü deyən H. Rəcəbli bildirib ki, şöbənin komitə ilə əməkdaşlığı son vaxtlar heç ürək açan deyil: “Məsələn, “Pasientlərin hüquqları haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Gənc ailələrin sosial təminatı” və digər bu kimi layihələr ciddi səhvlər ucbatından komitə tərəfindən yenidən Sosial qanunvericilik şöbəsinə qaytarılıb. Bunun hamısı layihələrə məsuliyyətsiz yanaşmanın nəticəsidir. Şöbə üzərinə düşən vəzifənin ciddiliyini anlayaraq bizimlə əməkdaşlığa, layihələrin hazırlanmasına məsuliyyətli yanaşmalıdır. Ümid edirəm növbəti sessiyada parlamentin bu şöbəsi özündə məsuliyyət hiss edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR