Nigeriyada törədilmiş partlayış nəticəsində 18 nəfər ölüb, 50 nəfər yaralanıb

Nigeriyada törədilmiş partlayış nəticəsində 18 nəfər ölüb, 50 nəfər yaralanıb
# 01 iyul 2014 18:15 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın Mayduquri şəhərinin mərkəzi bazarı ərazisində törədilmiş güclü partlayış nəticəsində 18 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində daha 50 nəfər yaralanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, partlayıcı qurğular yük maşınına quraşdırılıb.

Partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.

Bir müddət əvvəl yayılan məlumata əsasən, hərbçilər “Boko Haram”ın bir qolunu ifşa edərək onun liderini saxlamağa müvəffəq olublar. Müdafiə Nazirliyinin məlumatında bu insanın apreldə 200-dən çox məktəbli qızın oğurlanması ilə əlaqəli olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR