Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bəzi ərazilərinə iki gün su verilməyəcək

Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bəzi ərazilərinə iki gün su verilməyəcək
# 28 oktyabr 2013 08:26 (UTC +04:00)

Bakı – APA-Economics. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində istismar dövrünü başa vurmuş magistral su xətti yenisi ilə əvəz olunub.

“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda mövcud şəbəkənin yeni çəkilmiş magistral su xəttinə qoşulması işləri aparılır.

Bununla əlaqədar oktyabrın 28-29-da Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Nazim İsmayılov, Habil Balakişiyev, Zabrat və Pirməmməd küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR