Bakıda daha bir çörəkbişirmə müəssisəsinin fəaliyyəti dayandırılıb - FOTO

Bakıda daha bir çörəkbişirmə müəssisəsinin fəaliyyəti dayandırılıb - <span style="color: red;">FOTO
# 15 iyul 2013 14:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib. Bununla bağlı qərar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında apardığı dövlət nəzarəti tədbiri nəticəsində verilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və resepturalar mövcud deyil, istehsal yerində sanitariya qaydalarına əməl olunmur, sabit keyfiyyətdə məhsul istehsalı üçün şərait yoxdur.

Həmçinin, müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı mövcud deyil. Nəticədə, normativ sənəd «QOST 2077-84» standartının, «Yeyinti məhsulları haqqında» və «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunların maddələrinin tələbləri pozulub.

Yoxlanılan məhsulun qablaşdırılması, saxlanması və markalanması normativ sənəd «QOST 2077-84» standartının tələblərinə cavab verməyib. Belə ki, istehsal olunan çörəyin üzərinə reklam xarakterli «Pəhriz» yazısı qeyd olunub, çörəyin saxlanılma müddəti maksimum 36 saat olduğu halda markalanmada 3 gün göstərilib. Müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmayıb. Məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən edilib.

Bundan başqa, istehsalda istismar olunan 6 ədəd ölçmə vasitəsi isə «QOST 8.513-84» standartının tələbləri və «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» qanunun 11.1-ci maddəsinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR