Lyudmila Putina boşanmanı əri ilə az-az görüşməsi ilə izah edib

Lyudmila Putina boşanmanı əri ilə az-az görüşməsi ilə izah edib
# 07 iyun 2013 04:40 (UTC +04:00)

“Bizim nikahımıza ona görə son qoyulub ki, biz, demək olar ki, heç görüşmürük. Vladimir Vladimiroviç tamamilə öz işlərinə qapanıb, bizim övladlarımız böyüyüb və artıq öz həyatı ilə yaşayırlar”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Lyudmila Putina “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Ümumiyyətlə, elə alınıb ki, bizim hər birimiz öz həyatı ilə yaşayır”, deyə L.Putina deyib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti yoldaşı ilə Dövlət Kreml Sarayında “Esmeralda” baletinə tamaşa etməyə birgə gəliblər.

Vladimir Putin Lyudmila Putina ilə 1983-cü ilin iyulunda ailə qurub. Onların iki qızı var – Mariya (1985) və Katerina (1986).

Lyudmila Putina filoloq-romanist kimi tanınır. O alman, ispan və fransız dillərində sərbəst danışır. Son vaxtlar o böyük tədbirlərdə çox az-az görünürdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR