Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb

 Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb
# 31 oktyabr 2013 16:05 (UTC +04:00)

Mingəçevir. Zahid Abışov – APA. Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Adıgözəlova Tamella Məmməd qızı idarə etdiyi “Hyundai Accent” markalı minik maşını ilə yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Seyidova Nailə Mehralı qızını vurub. Xəsarət alan N. Seyidova Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR