Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Azərbaycanla bağlı iki qərarının icra vəziyyətini müzakirə edəcək

Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Azərbaycanla bağlı iki qərarının icra vəziyyətini müzakirə edəcək
# 30 noyabr 2013 09:24 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Dekabrın 3-5-də Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin iclasında Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının yerinə yetirilmə vəziyyəti müzakirə olunacaq.

APA-nın AŞ mətbuat xidmətinə istinadən xəbərinə görə, iclasda müzakirə olunacaq işlər bir sıra ölkələrlə, o cümlədən Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.

Toplantıda Azərbaycanla bağlı iki işə baxılacaq. Bunlardan biri jurnalistlər Rövşən Mahmudov və Yaşar Ağazadənin ifadə azadlığı hüququnun pozulması (yekun qərar 18.03.2009-cu ildə çıxarılıb), digəri 2005-ci ildə Nemət Əliyevin seçki hüquqlarının pozulması (yekun qərar 08.07.2010-cu ildə çıxarılıb) ilə bağlıdır.

Qeyd edək ki, AŞ Nazirlər Komitəsi Avropa İnsan Haqları Konvensiyasının 46-cı maddəsinə əsasən nəzarət funksiyasını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR