ABŞ Dövlət Departamenti: İranla ABŞ arasında əlaqələrin yaxşılaşması nüvə məsələsinin həllində ciddi addımların atılmasına gətirib çıxara bilər

ABŞ Dövlət Departamenti: İranla ABŞ arasında əlaqələrin yaxşılaşması nüvə məsələsinin həllində ciddi addımların atılmasına gətirib çıxara bilər
# 26 sentyabr 2013 08:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla ABŞ arasında əlaqələrin yaxşılaşması nüvə məsələsinin həlli istiqamətində böyük addımların atılmasına gətirib çıxara bilər. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin sözçüsü Alan Eyr deyib. O bildirib ki, ABŞ hökuməti İranın nüvə məsələsinin siyasi və diplomatik yolla həllinə nail olmaq istəyir: “Biz İran prezidentinin BMT Baş Assambleyasındakı çıxışını alqışlayırıq. Ancaq bu sözlər əməllə eyni olmalıdır”.

A. Eyr qeyd edib ki, prezident Barak Obama ABŞ dövlət katibi Con Kerrini İranla nüvə müzakirələrini aparacaq nümayəndə heyətinin rəhbəri təyin edib: “Bu da dövlətimizin mövzuya ciddi əhəmiyyət verməsinə bir işarədir. Bu yolla Kerri İranla nüvə məsələsinin dinc şəkildə həllinə nail olmaq üçün cəhd göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR