Gürcüstanda məhkəmə keçmiş yüksək vəzifəli məmurlara bəraət qazandırıb

Gürcüstanda məhkəmə keçmiş yüksək vəzifəli məmurlara bəraət qazandırıb
# 15 noyabr 2013 04:03 (UTC +04:00)

APA-nın “Georgiya Online” saytına istinadən verdiyi xəbərə görə, Tbilisi məhkəməsi “Rustavi-2” telekanalının baş direktoru və sabiq təhsil naziri Nika Qvaramiya, keçmiş energetika naziri Aleksandr Xetaquri, “Telasi” enerji paylaşdırıcı şirkətin baş direktoru Devi Kandelaki, iqtisadiyyat nazirinin sabiq müavini Kaxa Dameniya və “Elendef Servis” şirkətinin təsisçisi Giorgi Nemsitsveridzeni təqsirsiz olduqlarını etiraf edib.

Qeyd edək ki, adları çəkilən məmurlar 2012-ci ilin dekabrın 19-da – baş nazir Bidzina İvanişvilinin hakimiyyətə gəlişindən sonra 1 mln. dollar məbləğində büdcə vəsaitini mənimsədiklərinə görə həbs edilmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR