İranın Livandakı səfirliyi yaxınlığında raket partladığı barədə məlumat yayılıb

İranın Livandakı səfirliyi yaxınlığında raket partladığı barədə məlumat yayılıb
# 29 noyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bir neçə dəqiqə əvvəl İranın Livandakı səfirliyinin yaxınlığında raket partlayıb.

APA-nın İRNA-ya istinadən məlumatına görə, bəzi televiziya şəbəkələri isə İranın Beyrutdakı səfirliyinin yaxınlığında, yəni Cənubi Livanın Əvzay bölgəsinin İsrail tərəfindən işğal edilən zaman atdığı havan raketinin detonatorunun qalıqlarının partladığını xəbər veriblər. Ancaq xəbər hələlik öz təsdiqini tapmayıb. İran səfirliyindən isə xəbəri təkzib ediblər.

Qeyd edək ki, noyabrın 19-da İranın Livandakı səfirliyinin on metrliyində iki güclü partlayış baş verib. Nəticədə diplomatik korpusa ciddi ziyan dəyib, səfirliyin mədəniyyət attaşesi, bir diplomatın həyat yoldaşı və xeyli adam ölüb və yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR