İranda islahatçı qəzetin nəşrinə qadağa qoyulub

İranda islahatçı qəzetin nəşrinə qadağa qoyulub
# 29 oktyabr 2013 09:39 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış islahatçı qəzetin nəşrinə qadağa qoyulub.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, “Bahar” qəzetinin nəşri İran İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası tərəfindən oktyabrın 28-də dayandırılıb və işi məhkəməyə göndərilib. Buna səbəb mətbu orqanın oktyabrın 23-də “İmam, siyasi lider və ya iman modeli” başlığı altında məqalə dərc etməsidir.

Nəticədə “Fars” xəbər agentliyi və “Keyhan” qəzeti belə bir yazının dərc olunmasını ciddi tənqid ediblər və bunu islahatçıların imamlara hücumu kimi qələmə veriblər. Bundan sonra “Bahar” qəzetinin rəhbərliyi oktyabrın 26-da bildiriş dərc edərək üzr istəmək məcburiyyətində qalıb. Ancaq bu qəzetin nəşrinə qadağa qoyulması qərarından xilas etməyib.

Qeyd edək ki, “Bahar” Həsən Ruhaninin avqustun 4-də İranda hökumət başına gəlməsindən sonra nəşri dayandırılan ilk qəzetdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR