Dövlət Dəstəyi Şurası xarici ölkələrin QHT-ləri üzrə qrant müsabiqəsinə yekun vurub - FOTO

Dövlət Dəstəyi Şurası xarici ölkələrin QHT-ləri üzrə qrant müsabiqəsinə yekun vurub - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 16:51 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən xəbərə görə, toplantıda Şuranın xarici ölkələrin QHT-ləri üçün elan etdiyi maliyyə müsabiqəsinin yekunları, 2013-cü ilin 3-cü rübündəki fəaliyyəti barədə hesabat və cari məsələlər müzakirə edilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov xarici QHT-lərin layihələri haqqında məlumat verərək bildirib ki, müsabiqəyə 15 ölkədən 91 layihə təklifi daxil olub. Bunlardan 48-i ilk araşdırmalardan sonra 2-ci tura keçib. Daxil olan tam layihə təklifləri Şuranın və beynəlxalq ekspertlərin iştirakı ilə araşdırılıb və bunlardan 31-i haqqında müsbət rəy bildirilib.

Şura üzvləri gündəlikdə duran məsələlərə münasibət bildirərək onların qəbul olunmasını məqsədəuyğun hesab etdiklərini qeyd edərək 31 layihənin maliyyələşdirilməsini qərara alıblar. İclasda Şuranın fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən 2014-cü il maliyyə müsabiqəsi şərtlərinə QHT-lərin Ədliyyə Nazirliyindən dövlət qeydiyyatı haqqında reyestrdən çıxarış və sonuncu maliyyə ili fəaliyyəti haqqında məlumat verməsinin əlavə edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR