İraqda 13 min ailə islamçıların ələ keçirdiyi şəhəri tərk edib

İraqda 13 min ailə islamçıların ələ keçirdiyi şəhəri tərk edib
# 08 yanvar 2014 15:59 (UTC +04:00)

Bakı – APA. Son günlər ərzində İraqda 13 min ailə islamçıların ələ keçirdiyi Əl-Fəluca şəhərini tərk etmək məcburiyyətində qalıb.

APA-nın məlumatına görə, bu barədə “Frans Press” Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İraq nümayəndəliyinə istinadən xəbər yayıb.

BQXK nümayəndəsinin bildirdiyinə görə, son 3 gündə humanitar yardım üçün 8 min nəfər müraciət edib. Əl-Fəlucadan qaçan insanlar yaxınlıqdakı yaşayış məntəqələrində yerləşib.

Qeyd edək ki, Əl-Fəluca şəhəri “İraq və Levanta islam dövləti” adlı radikal dini qruplaşma tərəfindən ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR