Zərdabda Qurban bayramı münasibətilə 400-dən çox ailəyə yardım edilib - FOTO

Zərdabda Qurban bayramı münasibətilə 400-dən çox ailəyə yardım edilib - <span style="color: red;">FOTO
# 16 oktyabr 2013 15:06 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Müqəddəs Qurban bayramı münasibətilə Zərdab rayonunun kənd və qəsəbələrində silsilə tədbirlər keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, İcra Hakimiyyətinin rəhbərliyi ilə 40-dan yuxarı xırdabuynuzlu heyvan kəsilərək şəhid ailələrinə, Böyük Vətən Müharibəsi veteranlarına, Qarabağ əlillərinə, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, tənha və imkansızlara, ümumilikdə 400-dən çox ailəyə Qurban payları verilib.

Bayram münasibətilə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev mərasim iştirakçılarını təbrik edib, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından söz açıb. Böyük Vətən Müharibəsi veteranları və şəhid ailələrinin nümayəndələri çıxış edərək, dövlətimizin milli mənəvi dəyərlərimizə sadiqliyini yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR