Mingəçevirdə əmək yarmarkası keçirilib

Mingəçevirdə əmək yarmarkası keçirilib
# 15 noyabr 2013 10:52 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Bu gün Mingəçevir şəhərində əmək yarmarkası keçirilib.

APA-nın məlumatına görə, yarmarkada vətəndaşlara 36 müəssisə və təşkilat tərəfindən 171 vakant iş yeri təklif olunub. Boş iş yerləri 25 dövlət və 9 özəl təşkilat, bir xarici şirkət və bir fiziki şəxs tərəfindən təqdim edilib. Yeni iş yerləri üçün 105 manatdan 550 manatadək əmək haqqı təklif olunur.

Tədbirdə ümumilikdə 700-ə yaxın iş axtaran və ya işsiz vətəndaş iştirak edib, 52 nəfər öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR