Valeriya: “Bakıdakı pərəstişkarlarımın qarşısında çıxış etmək çoxdankı arzum idi” - FOTO

Valeriya: “Bakıdakı pərəstişkarlarımın qarşısında çıxış etmək çoxdankı arzum idi” - <span style="color: red;">FOTO
# 16 aprel 2014 11:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Ad günümü Bakıda keçirməkdən məmnunam. Bakı böyük mədəniyyət şəhəridir və bu şəhərin insanlarını, iqlimini, mətbəxini çox sevirəm”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında rus estradasının tanınmış müğənnisi Valeriya deyib. Valeriya qeyd edib ki, aprelin 17-də Heydər Əliyev sarayında böyük konsert proqramı ilə çıxış edəcək: “Əslində çoxdankı arzum idi ki, Bakıdakı pərəstişkarlarımın qarşısına çıxım. Sevinirəm ki, bu, məhz mənim doğum günümdə baş tutdu. Bakıya gəlməyim birinci dəfə deyil, amma hər dəfə gələndə bu şəhəri sevirəm. Konsertdə mənim yeni və köhnə repertuarımdan olan müxtəlif mahnılarım səslənəcək. İnanıram ki, pərəstişkarlarım məmnun qalacaqlar”.

Qeyd edək ki, konsert “Buta Production”un təşkilatçılığı ilə keçiriləcək. Valeriyanı səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xor Kapellası müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR