İranda sel üç nəfərin həyatına son qoyub

İranda sel üç nəfərin həyatına son qoyub
# 31 may 2014 13:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda sel üç nəfərin həyatına son qoyub.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 30-da axşam saatlarında İranın Xorasan Rəzəvi vilayətinin mərkəzində yerləşən Fəriman rayonunun Qələndərabad qəsəbəsində baş verib.

Şiddətli yağışların yağması nəticəsində Ərəhkəmər çayı daşıb, nəticədə sel mal-qara və avtomobilləri özü ilə aparıb. İlkin hesablamalara görə, ən azı 110 baş qoyun tələf olub, 30-50% bağ və tərəvəz məhsullarına ziyan dəyib, 5 yaşayış məntəqəsinin infrastrukturu zərər çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR