Ombudsman Aparatının əməkdaşları 7 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar

Ombudsman Aparatının əməkdaşları 7 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar
# 03 dekabr 2013 14:25 (UTC +04:00)

Bakı – APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya ünvanlanmış müraciətin araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində (CÇM) olublar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdən əlavə olaraq, müəssisədə cəza çəkən bir neçə digər məhkum da qəbul edilib, onlarla söhbət aparılıb, o cümlədən cərimə təcridxanasında saxlanılma şəraitinin mövcud vəziyyəti öyrənilib.

Qəbul edilmiş məhkumlardan saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı şikayət daxil olmayıb. Ombudsmana ünvanlanmış müraciətin araşdırılması ilə bağlı qəbul edilmiş məhkum Z.S. onunla görüşə gələn yaxınlarının yoxlamaya məruz qalmasından narazılığını bildirib. Məsələ ilə bağlı məhkuma müvafiq normativ aktların tələbləri, eyni zamanda onun hüquq və vəzifələri izah edilib.

Araşdırmanın yekunları ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR