“Mənim Peşəm Festivalı” keçirilib - FOTO

“Mənim Peşəm Festivalı” keçirilib - <span style="color: red;">FOTO
# 10 avqust 2013 16:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Mənim Peşəm Festivalı” keçirilib. İctimai Birliyin mətbuat katibi Səma İsalının APA-ya verdiyi məlumata görə, festivalın açılışı Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında baş tutub. Açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, bir sıra QHT nümayəndələri və müxtəlif istedadlı peşə sahibi olan gənclər iştirak edib.

İ. Quliyev bildirib ki, festivalın keçirilməsində əsas hədəf müxtəlif peşə fəaliyyəti ilə məşğul olan gəncləri bir araya gətirərək onların bilik və bacarıqlarını üzə çıxarıb, mütəxəssislərin təcrübələrini ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.

Mərkəzi Nəbatat Bağının direktor müavini Vahid Fərzəliyev də tədbirdə çıxış edib.

Qeyd olunub ki, layihədə müxtəlif peşələrə sahib olan istedadlı gənclər və gənc mütəxəssislər iştirak edərək öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə edib.

“Mənim Peşəm Festivalı” layihəsi 50 gənci bir araya gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR