Nazir Fizuli Ələkbərov veteran jurnalistlərin müalicəsinə köməklik göstərilməsi barədə tapşırıq verib

Nazir Fizuli Ələkbərov veteran jurnalistlərin müalicəsinə köməklik göstərilməsi barədə tapşırıq verib
# 22 iyul 2013 15:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə mətbuatının inkişafında xidmətlər göstərmiş qocaman jurnalistlərin ehtiyac duyduqları təqdirdə müalicəsinə köməklik göstərmək niyyətindədir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar respublikanın veteran jurnalistləri ilə keçirdiyi görüşdən sonra nazir Fizuli Ələkbərov bununla bağlı nazirliyin Mərkəzi Aparatına göstəriş verib.

Nazir qeyd edib ki, hazırda nazirliyin respublikanın 14 bölgəsi üzrə bərpa mərkəzləri fəaliyyət göstərir: “Əlillər və digər imtiyazlı təbəqələr üçün nəzərdə tutulan həmin müəssisələrdə ayrı-ayrı qocaman jurnalistlərin də ehtiyac duyduqları təqdirdə müalicə almalarını təşkil etmək olar”. F.Ələkbərov nazirliyin fəaliyyət sahələri üzrə müvafiq xidmətlərindən veteran jurnalistlərin faydalana bilmələri üçün şərait yaradılması, həmçinin sosial müdafiə tədbirlərində əlil jurnalistlərin daim diqqətdə saxlanması barədə tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR