Azərbaycanda palçıq vulkanlarının helikopterlə tədqiqi həyata keçirilib

Azərbaycanda palçıq vulkanlarının helikopterlə tədqiqi həyata keçirilib
# 02 dekabr 2013 11:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu ölkə ərazisində palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib.

Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə əsasən, “Dünya palçıq vulkanları” atlasının çapa hazırlanması ilə əlaqədar təşkil edilmiş aerotədqiqat işləri Abşeron, Şamaxı-Qobustan və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən aktiv vulkanları, eləcə də Bakı arxipelaqındakı ada vulkanları üzərində aparılıb. Tədqiqatlar zamanı palçıq vulkanlarının fəaliyyətinə dair yeni məlumatlar alınıb.

İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin sözlərinə görə, vulkanların aerofotoşəkilləri ilk dəfə Azərbaycan palçıq vulkanları atlasının tərtib olunması və onun 1971-ci ildə nəşri ilə əlaqədar əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR