AFFA Hakimlər Komitəsi eksperimentdən imtina edib

AFFA Hakimlər Komitəsi eksperimentdən imtina edib
# 07 noyabr 2013 11:44 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının XIII turunun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu həftə baş tutacaq qarşılaşmalar əvvəlkindən fərqlənəcək. Belə ki, Hakimlər Komitəsi hər görüşə 4 ədalət təmsilçisinə təyinat verib.


Əvvəlki turlarda əlavə hakim köməkçilərinə ehtiyac duyan Hakimlər Komitəsi eksperiment tipli yenilikdən istifadə edirdi. Bu dəfə eksperimentdən vaz keçilib.

Bunun səbəbinin hakim qıtlığı olmasını ehtimal etmək mümkündür. Hər halda ötən tur 4 referi 2 matça təyinat almaqla bu qıtlığı üzə çıxarmışdı.

XIII tur
8 noyabr (cümə)


17:00. “Rəvan” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, İnqilab Məmmədov
Bayıl Arena stadionu

9 noyabr (şənbə)
16:00. AZAL – “Qarabağ”
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rauf Cabbarov
AZAL Arena stadionu

17:00. “İnter” – “Simurq”
Hakimlər:
Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Teymur Fərhadov
“Şəfa” stadionu

10 noyabr (bazar)
17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər:
Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov
Lənkəran şəhər stadionu

18:00. “Neftçi” – “Bakı”
Hakimlər:
Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Nail Nağıyev
“Bakcell Arena” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR