Moskvada keçirilən “Rus marşı” zamanı azərbaycanlılardan döyülən və xəsarət alanlar olmayıb

Moskvada keçirilən “Rus marşı” zamanı azərbaycanlılardan döyülən və xəsarət alanlar olmayıb
# 04 noyabr 2013 14:06 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Birlik Günü münasibətilə paytaxtın bir neçə rayonunda keçirilən “Rus marşı” ilə əlaqədar azərbaycanlıların döyülməsi və xəsarət alması ilə bağlı səfirliyə heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün paytaxtın Lyublino rayonunda rus millətçilərinin “Rus marşı” adlı yürüş-mitinqi keçirilib. Mitinq zamanı nasist şüarlar qışqıran və əllərində yasaq rəmzlər təsvir edilmiş plakat tutan bir qrupa polis müdaxilə edib. Onlardan bəziləri saxlanılıb, digərləri isə qaçıb.

Yürüşün təşkilatçıları hava şəraiti ilə əlaqədar yürüşdən sonra nəzərdə tutulan mitinqi ləğv ediblər. Güclü yağış başladıqdan sonra təşkilatçılar mitinqin olmayacağını və tribunadan, sadəcə, aksiyanın əsas tələblərinin səsləndiriləcəyini bildiriblər. Moskva polisi aksiyada təxminən 8 min nəfərin iştirak etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR