Şəkidə 12 otaqlı evdə yanğın olub

Şəkidə 12 otaqlı evdə yanğın olub
# 08 oktyabr 2013 18:22 (UTC +04:00)

Bakı-APA. Şəkidə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan ikimərtəbəli 12 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 95 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR