Mingəçevir şəhərində bir qrup müharibə əlilinə minik avtomobilləri verilib - FOTO

Mingəçevir şəhərində bir qrup müharibə əlilinə minik avtomobilləri verilib - <span style="color: red;">FOTO
# 18 oktyabr 2013 12:14 (UTC +04:00)

Bakı-APA. Müharibə əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təminatı istiqamətində növbəti tədbir kimi, oktyabrın 18-də Mingəçevir şəhərində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun iştirakı ilə 8 nəfər müharibə əlilinə «NAZ-Lifan» markalı minik avtomobilləri təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yeni minik avtomobilləri alan əlilləri bu münasibətlə təbrik edərək onlara xoş arzularını çatdıran nazir Fizuli Ələkbərov əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə əhatə olunmasının möhtərəm dövlət başçısının diqqətində dayanan məsələlərdən olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda savaşlarda fiziki sağlamlıqlarını itirərək əlil olmuş insanların yeni mənzillərlə, avtomaşınlarla təminatı işləri ilbəil sürətlənir. İndiyədək 5 minədək mənzil inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib və 3800 ədədə yaxın avtomobil müharibə əlillərinə təqdim olunub. Qeyd olunan istiqamətlərdə tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.

Yeni minik avtomobili alan əlillər onlara bütün sahələrdə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR