Səhiyyə Nazirliyi yeni elektron xidmətlərini Elektron Hökumət portalına təqdim edib

Səhiyyə Nazirliyi yeni elektron xidmətlərini Elektron Hökumət portalına təqdim edib
# 07 oktyabr 2013 08:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi bir sıra yeni elektron xidmətlərini Elektron Hökumət portalına təqdim edib. Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Yeni xidmətlərə yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubunun verilməsi, Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu, Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR