İtaliya şirkəti Azərbaycana helikopterlərin çatdırılmasını gələn il yekunlaşdıracaq - FOTO

İtaliya şirkəti Azərbaycana helikopterlərin çatdırılmasını gələn il yekunlaşdıracaq - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 10:24 (UTC +04:00)

Bu barədə APA-ya Dubay Aviaşousunda iştirak edən “AgustaWestland” şirkətindən məlumat verilib.

Hazırda şirkət AW-139 tipli helikopterlərin istehsalı və çatdırılmasını həyata keçirir. Gələn il isə AW-189 tipli 2 helikopter istehsal olunaraq, Azərbaycana veriləcək. Oktyabr ayının əvvəllərində 2 ədəd AW-139 Azərbaycana çatdırılıb.

Azərbaycanla imzalanmış müqavilənin dəyəri 115 mln. avro təşkil edir. Müqavilə çərçivəsində Azərbaycan 10 ədəd - 8 ədədi AW-139, 2 ədədi isə AW-189 tipli helikopter alacaq.

«Bu helikopterlərdən əsasən ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunur», - deyə şirkətdən bildirilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, helikopterlər hər cür hava şəraitində fəaliyyət göstərə bilir. Axtarış-xilasetmə (SAR) missiyaları üçün nəzərdə tutulan helikopterlər pis hava şəraitində və gecə vaxtı uçuş-axtarış imkanları verən gecəgörmə sistemi və FLİR kamerayla təchiz olunub.

“AgustaWestland”ın postsovet məkanında sürətli böyümə yaşadığını bildirən şirkət rəsmilərinin sözlərinə görə, bu region onlar üçün yeni və perspektiv bazar hesab olunur. Şirkət nümayəndələri Azərbaycanla müxtəlif tipli - fövqəladə hallar zamanı axtarış xilasetmə və hərbi təyinatlı helikopterlərin alğı-satqısına dair müzakirələrin aparılmasını nə təsdiq, nə də təkzib ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR