Həyat yoldaşını qəbiristanlıqda odlu silahla qətlə yetirən sabiq polis əməkdaşının məhkəməsi başlayıb

Həyat yoldaşını qəbiristanlıqda odlu silahla qətlə yetirən sabiq polis əməkdaşının məhkəməsi başlayıb
# 27 dekabr 2013 15:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qəbiristanlıqda odlu silahla qətlə yetirən sabiq polis əməkdaşı Rövşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, R. Mehdiyev Suraxanı rayonun Günəşli qəsəbəsindəki qəbiristanlıqda həyat yoldaşı Cəmilə Mehdiyevaya ov tüfəngindən atəş açaraq onu öldürüb. Hadisədən sonra Rövşən Mehdiyev “102” xidmətinə zəng vuraraq törətdiyi əməl barəsində məlumat verib. Dərhal hadisə yerinə Suraxanı polisi gəlib. Rövşən könüllü polisə təslim olduqdan sonra o, cinayətdə istifadə etdiyi silahı da təhvil verib.

Rövşən Mehdiyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini deyib. Araşdırmalar zamanı R. Mehdiyevin keçmiş polis əməkdaşı olduğu məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR