Ötən ay Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 6,9 mindən çox müqavilə bağlanıb

 Ötən ay Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 6,9 mindən çox müqavilə bağlanıb
# 06 noyabr 2013 13:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 6 438, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 473 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, müvafiq olaraq həmin icbari sığorta növləri üzrə 1 265 733 və 31 950 manat məbləğində sığorta haqqı toplanıb.

Daşınmaz əmlakın icbari sığortası müqavilələri üzrə sığorta predmetinin 46,9%-i Bakı, 7,9%-i Sumqayıt, 3,9%-i Gəncə, 5%-i Abşeron, 2,8%-i Mingəçevir, 2,0%-i Lənkəran, 31,5%-i isə digər şəhər və ya rayonlarda qeydiyyatda olan daşınmaz əmlak təşkil edib. Bu sığorta müqavilələrinin 65,2%-i yaşayış evləri və mənzillər, 0,4%-i inzibati binalar, 34,4%-i digər daşınmaz əmlakla bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR