Sumqayıtda “Mercedes” səkiyə çırpılıb, sürücü ölüb

Sumqayıtda “Mercedes” səkiyə çırpılıb, sürücü ölüb
# 28 oktyabr 2013 06:45 (UTC +04:00)

Bakı – APA. Sumqayıtda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili səkiyə çırpılıb.

FHN-in müvafiq xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü, 1991-ci təvəllüdlü Elvin Faiq oğlu Qənbərov yerindəcə vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən E. Qəmbərovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR