Borçalıda İlham Əliyevin prezident seçilməsi münasibətilə bayram yürüşü keçirilib - FOTOSESSİYA

Borçalıda İlham Əliyevin prezident seçilməsi münasibətilə bayram yürüşü keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 oktyabr 2013 02:08 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin ölkəyə prezident seçilməsi münasibətilə çoxsaylı maşınlarla bayram yürüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram tədbirini Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov təşkil edib. İlham Əliyevin prezident seçilməsi münasibəti ilə əvvəlcə gürcü və azərbaycanlı sakinlərin birlikdə toplantısı keçirilib, sonra Marneuli şəhərinin küçələrində maşın karvanları Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandırıblar və “Yaşasın Azərbaycan!”, “Qələbə bizimdir!” “Dostluq bizə yaraşır!” şüarları səsləndirilib.

Tədbirdə çıxış edən Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Gürcüstanda yaşayan soydaşlarımızın həmişə Azərbaycan prezidentinin daxili və xarici siyasətini və İlham Əliyev kursunu bəyəndiklərini bildirib. Sonra tədbirdə iştirak edən gürcü və azərbaycanlı nümayəndələr çıxış edərək Azərbaycan və onun prezidenti İlham Əliyev barədə öz ürək sözlərini söyləyiblər.

Bayram yürüşündə Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin gəncləri, Marneuli rayon bələdiyyəsinin deputatları, müxtəlif idarə və təşkilatlar, QHT nümayəndələri, Marneuli şəhər sakinləri və kənd icra nümayəndələri, gürcü və azərbaycanlı ziyalılar, jurnalistlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR