Azərbaycanda istirahət günləri dəm qazı və dərmandan 11 nəfər zəhərlənib

Azərbaycanda istirahət günləri dəm qazı və dərmandan 11 nəfər zəhərlənib
# 09 dekabr 2013 11:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda istirahət günləri dəm qazı və dərmandan 11 nəfər zəhərlənib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də Sumqayıt şəhər sakinləri Xəyalə Poladova, Gülnarə Mustafayeva, Zərifə Həşimova, Gəncə şəhər sakinləri Aynurə Məmmədova, Lamiyə Tanrıverdiyeva və qohumu Gülçöhrə Yasinzadə, Zaqatala rayon sakini Kərəm Hənifəyev, arvadı Mətanət və anası Qənimət evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Sumqayıt şəhəri sakini, azyaşlı Adil Şirəliyev və onlara qonaq gəlmiş Şamaxı rayon sakini Tural Üzeyirov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR